• 26 Oktyabr 2020
logo
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, oktyabrın 1-də qızılın qiyməti sentyabrın 30-u ilə müqayisədə 6,375 manat (0,2 faiz) artaraq 1 unsiya üçün 3 219,596 manat təşkil edib.

Gümüş 0,424 manat (1,05 faiz) ucuzlaşaraq 1 unsiya üçün 40,1387 manata bərabər olub.

Platinin qiyməti 44,3615 manat (2,97 faiz) artaraq 1 538,976 manat, palladiumun qiyməti 1,3345 manat (0,03 faiz) azalaraq 3 954,1915 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 158,0745 manat (4,7 faiz) ucuzlaşıb, gümüş 8,636 manat (17,7 faiz) ucuzlaşıb, platin 72,93 manat (4,5 faiz) ucuzlaşıb, palladium 65,807 manat (1,7 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 726,8945 manat (29,2 faiz) bahalaşıb, gümüş 11,2625 manat (39 faiz) bahalaşıb, platin 38,981 manat (2,6 faiz) bahalaşıb, palladium 1 102,348 manat (38,7 faiz) bahalaşıb.