• 29 Mart 2024
logo
Azərbaycanda manatla pul bazası son bir ildə 20%-dək artıb

Azərbaycanda manatla pul bazası son bir ildə 20%-dək artıb

Bu ilin sentyabrın 30-na Azərbaycanda manatla pul bazası 12 230,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 322,6 mln. manat və ya 2,7% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 2 012,8 mln. manat və ya 19,7% artıb. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 77,6 mln. manat və ya 0,6% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.