• 26 Aprel 2024
logo
Azərbaycan əhalisi nağd avro alışını avqustda kəskin azaldıb

Azərbaycan əhalisi nağd avro alışını avqustda kəskin azaldıb

Bu ilin avqust ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 10,72 mln. avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 3,7 dəfə azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 49% azalıb.

Bundan başqa, avqust ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 6,44 mln. avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 48,1% azdır. Aylıq müqayisədə isə 32,5% artım müşahidə olunub.