• 28 Mart 2024
logo
Naxçıvanda kartof istehsalı yanvar-avqustda 1,5% artıb

Naxçıvanda kartof istehsalı yanvar-avqustda 1,5% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikada 118 016 ton dənli və dənli paxlalılar, 1 669 ton dən üçün qarğıdalı, 134 ton dən üçün günəbaxan və 44 309,1 ton kartof istehsal olunub.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı 7,5%, dən üçün qarğıdalı istehsalı 11,4%, kartof istehsalı isə 1,5% artıb.

Hesabat dövründə muxtar respublikada həmçinin 28 353 ton meyvə istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1% çoxdur. Bununla yanaşı üzüm istehsalında da 1,1% artım qeydə alınıb ki, bu da həcm baxımından 5 190,4 ton təşkil edib.

Respublika üzrə həmçinin 28,8 ton tütün, 51 804 ton tərəvəz, 25 041 ton bostan məhsulları istehsal olunub.