• 23 Oktyabr 2020
logo
Azərbaycanda POS-terminalların sayı ilin əvvəlindən 16% azalıb

Azərbaycanda POS-terminalların sayı ilin əvvəlindən 16% azalıb

Azərbaycanda POS-terminalların sayı avqust ayı ərzində 1 060 vahid və ya 1,9% artaraq sentyabr ayının 1-nə 56 547 ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, illin əvvəlindən ölkədə POS-terminalların sayı 16,2% və ya 10 921 vahid, ötən ilin eyni ayı ilə müqayisədə isə 11,8% və ya 7 586 vahid azalıb.

Məlumata əsasən, POS-terminalların 36 831 ədədi və ya 65,1%-i Bakıda, 19 716 ədədi və ya 34,9%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı avqust ayı ərzində 23 ədəd və ya 0,9% artaraq 2 608 ədəd təşkil edib. İllin əvvəlindən bankomatların sayı 1,5% və ya 39 ədəd azalıb, lakin illik müqayisədə 0,8% və ya 20 vahid artıb. Bankomatların 1 364 ədədi və ya 52,3%-i Bakıda, 1 244 ədədi və ya 47,7%-i isə regionlarda quraşdırılıb.