• 29 Mart 2024
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Sentyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,48% – 27,452.66 bəndədək, S&P 500 indeksi 0,48% – 3,335.47 bəndədək, Nasdaq indeksi isə 0,29% – 11,085.25 bəndədək enib.

Avropa fond bazarlarında sentyabrın 29-da FTSE 100 indeksi 0,51% – 5,897.50 bəndədək, Almaniya DAX-ı 0,35% – 12,825.82 bəndədək, Fransa CAC-40 indeksi isə 0,23% – 4,832.07 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,98% artaraq 1 893,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,67% artaraq 1,1743 dollar təşkil edib.