• 24 Oktyabr 2020
logo
Dünya bazarlarında təbii qazın qiyməti azalıb

Dünya bazarlarında təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics"in məlumatına görə, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,12% azalaraq 2,48 ABŞ dolları təşkil edib.