• 23 Oktyabr 2020
logo
Rusiya rublunun avroya qarşı məzənnəsi 54 aylıq minimuma enib

Rusiya rublunun avroya qarşı məzənnəsi 54 aylıq minimuma enib

Bu gün Rusiya rublunun avroya qarşı məzənnəsi 2016-cı ilin yanvar ayından bəri ən aşağı səviyyəyə enib. Hazırda 1 avro 93 rubla bərabərdir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rublun yeni minimuma enməsi ucuzlaşan neftin fonunda baş verib. "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,8% azalaraq 42,5 ABŞ dolları təşkil edib.