• 20 Sentyabr 2019
logo
add image
Bu il Azərbaycandan ixrac edilmiş məhsulların dəyəri 12 milyard dollardan çox olub

Bu il Azərbaycandan ixrac edilmiş məhsulların dəyəri 12 milyard dollardan çox olub

2019-cu ilin ilk 7 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyəsi 20 milyard 701 milyon dollar olub.
Trend-in məlumatına görə, ixracın dəyəri 12 milyard 267 milyon, idxalın dəyəri isə 8 milyard 433 milyonABŞ dolları olub. Hesabat dövründə Azərbaycan 177 ölkə ilə ticarət fəaliyyəti həyata keçirib. Bu müddət ərzində Azərbaycanın ticarət saldosu 3 milyard 834 dollar təşkil edib.
Azərbaycanın xarici ticarət əməliyyatları həyata keçirdiyi əsas ölkələr İtaliya, Türkiyə, Rusiya, Çin, İsveçrə, Almaniya, İsrail, Hindistan, Amerika Birləşmiş Ştatları, Fransa, Ukrayna, İspaniya, Çexiya, Gürcüstan olub.