• 24 Aprel 2024
logo
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 6% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 6% artıb

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 304,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 99,7 mln. manat və ya 0,7% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 777,8 mln. manat və ya 5,7% artıb. Bu ilin əvvəlinə nisbətən isə kreditlərin həcmi 596,7 mln. manat və ya 4% azalıb.