• 29 Mart 2024
logo
Azərbaycanda istixana sahiblərinə debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılıb

Azərbaycanda istixana sahiblərinə debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılıb

Azərbaycanda borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında "Razılaşma protokolu" tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə şərait yaradılır.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3% təşkil edir.

Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1%, Salyan üzrə 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6% təşkil edir.

Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir.