• 16 Aprel 2024
logo
Bakının iki rayonunun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq

Bakının iki rayonunun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq

Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.