• 28 Oktyabr 2020
logo
BVF pandemiyanın nəticələri ilə bağlı qiymətləndirməsini dəyişir

BVF pandemiyanın nəticələri ilə bağlı qiymətləndirməsini dəyişir

Koronavirus pandemiyasının nəticələri iyun ayında qiymətləndiriləndən bir o qədər də ciddi olmaya bilər.

"APA-Economics"in məlumatına görə, bunu onlayn brifinq zamanı Beynəlxalq Valyuta Fondunun (BVF) mətbuat katibi Cerri Rays (Jerry Rice) deyib.

"Daxil olan son məlumatlar, iqtisadiyyatın qismən bərpa olunmağa başladığını nəzərə alaraq, pandemiyanın nəticələrinin iyunun 24-də yenilənmiş proqnozlarda göstərildiyindən bir qədər az ciddi olacağını göstərir", - deyə C. Rays bildirib.

Fondun rəsmisi Çin üzrə II rübün nəticələrini xüsusilə vurğulayıb və bir sıra digər inkişaf etmiş iqtisadiyyatların göstəricilərinin iyun ayındakı proqnozdan daha yaxşı olduğunu bildirib: "Qlobal ticarətin yavaş-yavaş bərpa olunduğunu göstərən əlamətlər də müşahidə olunur. Buna baxmayaraq, inkişaf etməkdə olan bazarlar üçün vəziyyət çətin olaraq qalır".

Onun sözlərinə görə, yeni korrektə edilmiş proqnoz oktyabrın 13-də dərc olunacaq.