Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub
Azərbaycan Rusiyanın Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub.
"APA-Economics"in "Rusiya İxracatçıları"na istinadən xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində Novosibirsk vilayətindən 171,9 min ton taxıl ixrac edilib. Bu, 2019-cu ilin eyni dövrünə nisbətən 2,8 dəfə çoxdur. Dəyər baxımından taxıl ixracı 36,8 mln. dollara bərabər olub.
Novosibirsk vilayətinin taxıl ixracı strukturunda buğda üstünlük təşkil edir. Belə ki, hesabat dövründə bu məhsul üzrə ixracın həcmi 4,7 dəfə artaraq 134 min ton, dəyəri isə 28 mln. dollar təşkil edib. Əsas satış bazarları Qırğızıstan, Türkiyə, Qazaxıstan, Monqolustan və Azərbaycan olub.
Novosibirsk vilayətindən düyü tədarükü 2020-ci ilin yanvar-iyul aylarında 3 dəfə artaraq 7,9 min tona çatıb. Düyü əsasən Belçika və Qazaxıstana ixrac olunub.
Yulaf tədarükü isə təxminən iki dəfə artaraq 9,7 min tona çatıb. Novosibirskdən yulaf Çin və Monqolustana ixrac edilib.
Eyni zamanda, Çin və Yaponiyaya tədarükün azalması səbəbindən qarabaşaq yarmasının ixracı 7,4 dəfə azalaraq 1,3 min tona düşüb. Dəyər baxımından qarabaşaq yarmasının ixracı 5 dəfə azalaraq 642,9 min dollar təşkil edib.
24 Sentyabr 2020 15:55
1 862
Digər xəbərlər
17 Sentyabr 2025 12:39
385
16 Sentyabr 2025 11:04
588
16 Sentyabr 2025 11:04
588
15 Sentyabr 2025 10:43
959
12 Sentyabr 2025 09:30
1 582
12 Sentyabr 2025 09:29
1 456
9 Sentyabr 2025 10:47
1 862
2 Sentyabr 2025 12:13
3 507
22 Avqust 2025 09:15
4 599
11 Avqust 2025 10:24
6 181
4 Avqust 2025 13:28
7 119