• 25 Aprel 2024
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 71 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 71 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 70,7 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (22 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 3% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.