Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 323,76 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 14 779 ton, süd istehsalı 69 098 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 %, süd istehsalı isə 1,4% artıb.