• 29 Oktyabr 2020
logo
Naxçıvanda kreditləşmənin həcmi yanvar-avqustda 50% artıb

Naxçıvanda kreditləşmənin həcmi yanvar-avqustda 50% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 119,4 mln. manata yaxın kredit verilib ki, bu da bir il öncəki göstəricidən 50% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, kreditlərin 13,87 mln. manatdan çoxu və yaxud 11,6%-i qısamüddətli, 105,52 mln. manatdan çoxu və yaxud 88,4%-i isə uzunmüddətli kreditlər olub.

Sentyabrın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 89 706-ya çatıb ki, bunun da 78 364-ü və ya 87,4%-i aktiv hesablardır. 2020-ci ilin yanvar-avqust aylarında açılan 25 612 bank hesabının 25 601-i aktiv hesablar olub.