• 25 Aprel 2024
logo
Ailə kəndli təsərrüfatlarında şifahi formada əmək müqaviləsi bağlana bilməyəcək

Ailə kəndli təsərrüfatlarında şifahi formada əmək müqaviləsi bağlana bilməyəcək

Ailə kəndli təsərrüfatlarında əmək müqaviləsi artıq şifahi formada bağlana bilməyəcək.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinə təklif olunan dəyişikliyində əksini tapıb.

Hazırkı Məcəlləyə görə, ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ailə kəndli təsərrüfatı başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla həyata keçirilə bilər.

Layihədə həmin hissələrin Əmək Məcəlləsindən çıxarılması nəzərdə tutulub.