• 25 Oktyabr 2020
logo
Azərbaycan istehsalçıları bu il Rusiyaya 10 mln. manatdan çox məhsul ixrac edib

Azərbaycan istehsalçıları bu il Rusiyaya 10 mln. manatdan çox məhsul ixrac edib

Bu ilin fevral ayında Moskvada keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi nəzdində Azərbaycan məhsullarının ixracına dair 14 mln. manat dəyərində müqavilə imzalanıb və artıq bağlanan müqaviləyə əsasən Rusiyaya bazarına dəyəri 10 mln. manatdan çox olan məhsul ixrac olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə hazırda 30-a yaxın Azərbaycan şirkətləri Moskvada keçirilən “Worldfood Moscow 2020” beynəlxalq sərgisində təmsil olunur. 25 sentyabr tarixinədək davam edəcək sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində yerli məhsullar nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan istehsal olan qeyri-neft məhsulları indiyədək Rusiyada keçirilən bir sıra beynəlxalq sərgilərdə təqdim olunub, Azərbaycan sahibkarları və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, razılıqlar əldə olunub. Belə ki, ötən il Rusiyada təşkil olunan sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 mln. manat dəyərində müqavilə bağlayıblar. İndiyədək bu müqavilə üzrə 10,7 mln. manatlıqdan çox məhsul ixrac olunub.