• 29 Mart 2024
logo
Azərbaycan bu il Türkiyəyə qaz ixracını 25% artırıb

Azərbaycan bu il Türkiyəyə qaz ixracını 25% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xaricə qaz satışı 8,7 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 mlrd. kubmetr olub.