• 26 Aprel 2024
logo
Gürcüstan şərabının Azərbaycana ixracı 35% artıb

Gürcüstan şərabının Azərbaycana ixracı 35% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 389,1 min dollar dəyərində 95,4 ton üzüm şərabı ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun həcmi illik müqayisədə 22,3 ton və ya 30,5% artıb, dəyəri isə 129,8 min dollar və ya 25% azalıb.

Belə ki, 2019-cu ilin ilk 8 ayı ərzində Gürcüstan Azərbaycana 518,9 min dollar dəyərində 73,1 ton şərab ixrac edib.