• 25 Aprel 2024
logo
Gürcüstan Azərbaycandan sement idxalını 23% azaldıb

Gürcüstan Azərbaycandan sement idxalını 23% azaldıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 10 621,1 min ABŞ dolları dəyərində 212 559,3 ton sement idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirib.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə sement idxalı dəyər baxımından 4 488,4 min dollar və ya 29,7%, həcm baxımından isə 62 650,5 ton və ya 22,7% azdır.

Xatırladaq ki, Gürcüstan 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 275 209,8 ton sement idxal edib. İdxalın dəyəri 15 109,5 min dollar təşkil edib.