• 25 Aprel 2024
logo
Azərbaycan nefti həftə ərzində 9%-dən çox bahalaşıb

Azərbaycan nefti həftə ərzində 9%-dən çox bahalaşıb

Ötən həftə ərzində (14-18 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 3,73 ABŞ dolları və ya 9,34% artıb.

Azərbaycan neftinin 1 barelə olan orta qiyməti həftə ərzində 42,10 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 43,91 dollar təşkil edib, ən minimal göstərici isə 39,91 dollar səviyyəsində olub.