• 20 Aprel 2024
logo
Azərbaycanla İran arasında mənfi ticarət saldosu iki dəfə azalıb

Azərbaycanla İran arasında mənfi ticarət saldosu iki dəfə azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın İranla apardığı ticarət mübadiləsinin həcmi 204,21 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,4% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında Azərbaycandan İrana ixracın həcmi 22,53 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 16,2% azdır.

İdxalın həcmi isə 181,68 mln. dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,7% azalıb.
Nəticədə, hesabat dövründə 159,15 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 49,3% və ya 2 dəfə azalıb.