• 29 Mart 2024
logo
Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını bu il iki dəfə azaldıb, Rusiyadan idxalı isə kəskin artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını bu il iki dəfə azaldıb, Rusiyadan idxalı isə kəskin artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 448,7 mln. kVt-saat elektrik enerjisi idxal edib.

Bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) yenilənmiş hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici illik müqayisədə 311,8 mln. kVt-saat və ya 2 dəfə azdır. Belə ki, ötən ilin ilk 8 ayı ərzində Gürcüstan Azərbaycandan 760,538 mln. kVt-saat elektrik enerjisi idxal edib. Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 53,7%-ni təşkil edib. Gürcüstanın elektrik enerjisi idxalının 46,3%-i isə Rusiyanın payına düşüb – 386,5 mln. kVt-saat. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Belə ki, ötən ilin ilk 8 ayında Gürcüstan Rusiyadan 74,651 mln. kVt-saat elektrik enerjisi idxal edib.