• 20 Aprel 2024
logo
BFB "AzerGold"un istiqrazlarını listinqə daxil edib

BFB "AzerGold"un istiqrazlarını listinqə daxil edib

Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi dəyəri 20 mln. ABŞ dolları olan istiqrazlarının birinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, birinci tranş üzrə 10 mln. dollar həcmində buraxılan istiqrazların yerləşdirilməsi BFB-də rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir.

Qeyd edək ki, geniş xalq kütləsinin əldə edə biləcəyi “AzerGold” istiqrazlarının nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır.