• 24 Oktyabr 2020
logo
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin qəbulu nəzərdə tutulub

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin qəbulu nəzərdə tutulub

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, bu qanun layihəsinin müzakirəsi Milli Məclisin ümumi İş Planına da daxil edilib: “Qanun layihəsinin müzakirəsi Aqrar siyasət komitəsinin də İş Planına daxil edilib. Bu qanun layihəsinin beynəlxalq səviyyədə olması üçün üzərində ekspertlər işləyir. Artıq sənədin üzərində işlər yekunlaşmaq üzrədir. Qida təhlükəsizliyi insanın həm sağlamlığı, həm də ərzaq potensialının yaxşılaşdırılması üçün çox vacibdir. Qanun layihəsinin payız sessiyasında qəbulu nəzərdə tutulub. Bu qanun layihəsi bizə qanunvericilik təşəbbüsü ilə müvafiq orqandan gələcək. Ola bilsin ki, qanun layihəsi komitəyə daxil olandan sonra burada İşçi Qrup da yaradılacaq və komitəyə ekspertlər dəvət olunacaq”.