• 29 Mart 2024
logo
Enerji Tənzimləyiciləri Regional Assosiasiyasına yeni sədr və sədr müavini təyin olunub

Enerji Tənzimləyiciləri Regional Assosiasiyasına yeni sədr və sədr müavini təyin olunub

Enerji Tənzimləyiciləri Regional Assosiasiyasına (ERRA) yeni sədr və sədr müavini təyin olunub.

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, quruma yeni təyinatlar səsvermə yolu ilə ötən gün ERRA-nın Baş Assambleyasının onlayn iclası zamanı baş tutub.

Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasının üzvü Maya Melikidze səs çoxluğu ilə 2 il müddətinə ERRA-nın yeni sədri, Macarıstanın Enerji və Kommunal Tənzimləmə qurumunun xarici əlaqələr üzrə sədr müavini Pal Saqvari isə ERRA-nın sədr müavini vəzifələrinə seçiliblər.

Bundan başqa, səsvermə yolu ilə qurumun Maliyyə komitəsinə üzvlər seçilib.

ERRA-nın Baş Assambleyasında, həmçinin, qurumun bir sıra tədbir və seminarlarına ev sahibliyi edən ölkələrin tənzimləyici qurumlarının nümayəndələrinə sertifikatlar təqdim edilib.

İclasın sonunda ERRA üzvü olan tənzimləyici qurumların müxtəlif donor layihələrində iştirakları barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018-ci ilin aprelindən ERRA-nın assosiativ üzvüdür.