• 20 Aprel 2024
logo
AMB: Azərbaycanın müsbət ticarət balansı strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır

AMB: Azərbaycanın müsbət ticarət balansı strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır

Aşağı neft qiymətlərinə baxmayaraq, ilin əvvəlindən Azərbaycanın xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

"Hazırda strateji valyuta ehtiyatları 51,4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,7% artıb", - AMB-nin məlumatında deyilir.

Qeyd edək ki, "Fitch" beynəlxalq reytinq agentliyinin ən yeni proqnozuna əsasən, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. ABŞ dollar təşkil edəcək. Bu, 23 aylıq idxalı ödəmək üçün kifayətdir.