• 1 Noyabr 2020
logo
Bakı Limanı "Əsgərə salam" hərbi-vətənpərvərlik aksiyasına qoşulub - VİDEO

Bakı Limanı "Əsgərə salam" hərbi-vətənpərvərlik aksiyasına qoşulub - VİDEO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən "Əsgərə salam" hərbi-vətənpərvərlik aksiyasına qoşulub. Bakı Limanından verilən məlumata görə, sıralarında çox sayda sabiq hərbiçi olan #BakıLimanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimiz, 2016-cı ilin şanlı aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində döyüşlərində vuruşmuş əsgər və zabitlər qarşısında baş əyir, onların şücaətini və qəhrəmanlığını əbədi yaşatmaq missiyasına qoşulur. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda altı nəfər limançımız Şəhid olmuş, onlardan Elxan Kazımov, Sabir Babayev və Nüsrət Şirinovun adları limana məxsus gəmilərə verilib.