• 19 Aprel 2024
logo
AMB: Azərbaycanda pul bazasının artımı ilin sonunda sürətlənəcək

AMB: Azərbaycanda pul bazasının artımı ilin sonunda sürətlənəcək

Bu ilin IV rübündə Azərbaycanda xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Qeyd olunub ki, pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.
Qeyd edək ki, bu ilin avqustun 31-nə Azərbaycanda manatla pul bazası 11 907,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 230,6 mln. manat və ya 2% artıb. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.