• 29 Mart 2024
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Sentyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,47% – 27,901.98 bəndədək, S&P 500 indeksi 0,84% – 3,357.01 bəndədək, Nasdaq indeksi isə 1,27% – 10,910.28 bəndədək enib.

Avropa fond bazarlarında sentyabrın 17-də FTSE 100 indeksi 0,47% – 6,049.92 bəndədək, Almaniya DAX-ı 0,36% – 13,208.12 bəndədək, Fransa CAC-40 indeksi isə 0,69% – 5,039.50 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,62% azalaraq 1 936 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,3% artaraq 1,1848 dollar təşkil edib.