• 29 Mart 2024
logo
BFB-də İKZF-nin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də İKZF-nin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2048008687 ISIN-li, 25 mln. manat həcmində, 7 200 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 25 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 6 aprel 2040-cı ildir.