• 20 Aprel 2024
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 73,3 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 73,3 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 73,3 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (15 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 34,7% artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.