• 25 Sentyabr 2020
logo
Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942) ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı” yeni redaksiyada təsdiq edilir.

Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı (yeni redaksiyada).