• 22 Sentyabr 2020
logo
Azərbaycanda minik avtomobillərinin istehsalı avqustda 2 dəfə azalıb

Azərbaycanda minik avtomobillərinin istehsalı avqustda 2 dəfə azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 170 ədəd minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə səkkiz ayda ölkədə minik avtomobillərinin istehsalı 21,8% azalıb. Təkcə avqust ayında ölkədə 96 ədəd minik avtomobili istehsal olunub ki, bu da iyul ayı ilə müqayisədə 2,1 dəfə azdır. Sentyabrın 1-nə anbarlarda 119 ədəd hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 33 178 ədəd avtomobil idxal olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% çoxdur.

Xatırladaq ki, minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır. Belə ki, cari ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.