• 25 Sentyabr 2020
logo
Azərbaycanda təmassız ödəniş kartlarının sayı kəskin artıb

Azərbaycanda təmassız ödəniş kartlarının sayı kəskin artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə təmassız ödəniş kartların sayı 3,6 dəfə artaraq 2,4 milyona çatıb. "APA-Economics"in məlumatına görə, bunu AMB-nin baş direktoru Fərid Osmanov Bakı elektrik qatarlarında təmassız bank kartları ilə ödənişlərin tətbiqini şərh edərkən deyib. Onun sözlərinə görə, ümumilikdə, qeyd olunan müddət ərzində ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyon təşkil edib. "Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq", - deyə F. Osmanov qeyd edib.