• 21 Sentyabr 2020
logo
Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 7 milyard 876,8 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 900,8 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 976,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb.

2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollar təşkil edib.