• 7 May 2024
logo
Bu il 125,6 min şəxs aktiv məşğulluq tədbirlərindən faydalanıb

Bu il 125,6 min şəxs aktiv məşğulluq tədbirlərindən faydalanıb

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirlərindən 125,6 min şəxs faydalanıb.
Nazirlikdən verilən məlumata görə, onlardan 57 552 nəfər Xidmətin xətti ilə münasib işlərlə təmin olunub. Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən və kiçik ailə biznesini qurmaq üçün potensialları olan vətəndaşlardan artıq 4 minədək şəxs proqram üzrə təşkil olunan təlimlərdən keçib. 1100 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilib.
Böyük əksəriyyəti gənclərdən ibarət 63 min nəfər isə peşəyönümü tədbirlərinə cəlb edilib. Onlara əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə məsləhətlər verilib.