• 23 Sentyabr 2020
logo
Azərbaycanda ÜDM istehsalı 3% azalıb

Azərbaycanda ÜDM istehsalı 3% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 45 962,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% az ümumi daxili məhsul (QDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7%, neft-qaz sektorunda isə 4,9% azalıb.

ÜDM istehsalının 35,2%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1%-i tikinti, 2%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 611,7 manata bərabər olub.

Qeyd edək ki, Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının neqativ təsirlərini nəzərə alaraq, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalma tempinin 4,3% (əvvəlki azalma proqnozu 0,1%) səviyyəsində olacağını proqnozlaşdırır.