• 21 Sentyabr 2020
logo
Azərbaycanda gələn ay 38 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda gələn ay 38 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 13 oktyabr tarixində təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, hərraca 38 dövlət əmlakı çıxarılacaq.

Bunlardan 23-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə burada tanış olmaq olar: (https://bit.ly/35zqZMc, https://bit.ly/3keHLEt, https://bit.ly/33lbTY4).

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakları respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.