• 23 Sentyabr 2020
logo
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 mlrd. dollara yaxınlaşır

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 mlrd. dollara yaxınlaşır

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2,89 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,91 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 10,1% çoxdur. İdxalın həcmi isə 0,98 mlrd. dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 0,9% artıb.

Nəticədə, 2020-ci ilin yanvar-avqust aylarında 0,93 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 21,9% çoxdur.