Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 243 000,03 min ABŞ dolları dəyərində 14 906,24 ton əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin səkkiz ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4%, həcmi isə 67,7% artıb.
Təkcə bu ilin avqust ayı ərzində ölkə 28 932,86 min manat dəyərində 1 566,65 ton sözügedən məhsullardan idxal edib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 13,1%, həcm ifadəsində isə 1,8% azdır.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, avqust ayında Azərbaycan əhalisinə 56,3 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu da iyul ayı ilə müqayisədə 11,6% azdır.