• 12 İyul 2025
logo
İnkişaf etməkdə olan Asiya ölkələrinin iqtisadiyyatı son 60 ildə ilk dəfə azalacaq

İnkişaf etməkdə olan Asiya ölkələrinin iqtisadiyyatı son 60 ildə ilk dəfə azalacaq

Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının qlobal iqtisadi fəaliyyəti ləngitməsi fonunda 2020-ci ildə inkişaf etməkdə olan Asiya ölkələrinin (45 ölkə) ÜDM-i 0,7% azalacağı proqnozlaşdırır.

Bu barədə AİB-in "Asian Development Outlook" (ADO) adlı yenilənmiş sentyabr hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, bu, regionda son 60 ildə qeydə alınacaq ilk resessiya olacaq. 2021-ci ildə regionda iqtisadi artımın 6,8% səviyyəsində olacağı gözlənilir. Lakin bu, pandemiyadan əvvəl verilən proqnozdan daha aşağıdır.

“Tələbin və ərzaq qiymətlərinin azalması inflyasiyanı sabit saxlayacaq. 2020-ci il üçün Asiyanın inkişaf etməkdə olan regionu üzrə inflyasiya proqnozu əvvəlki 3,2%-dən 2,9%-ə endirilib. Gələn il üçün proqnoz dəyişməz saxlanılıb – 2,3%”, - sənəddə qeyd olunub.

Qeyd edək ki, AİB-in proqnozlarına görə, Çin iqtisadiyyatı bu il 1,8%, gələn il isə 7,7% artacaq. Hindistanda isə ÜDM-in bu il 9% azalacağı, 2021-ci ildə isə 8% artacağı proqnozlaşdırılır.