• 1 Oktyabr 2020
logo
Azərbaycan neft məhsullarının ixracını 11% artırıb

Azərbaycan neft məhsullarının ixracını 11% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 211 294,6 min ABŞ dolları dəyərində 763 282,4 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37% azalıb, həcmi isə 11,3% artıb.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.