• 29 Sentyabr 2020
logo
Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti yanvar-iyunda 6,1 faiz bəndi azalıb

Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti yanvar-iyunda 6,1 faiz bəndi azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin eyni dövrünün yekunlarına əsasən, ölkənin cari əməliyyatlar hesabının profisiti 13,7%-ə bərabər olub. Göründüyü kimi, Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti bir ildə 10,7 faiz bəndi azalıb.

Qeyd edək ki, 2019-cu ilin yekunlarına görə, sözügedən göstərici 9,1%-ə bərabər idi. Buna əsasən, təkcə yanvar-iyun aylarında tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti 6,1 faiz bəndi azalıb.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında verilən proqnoza əsasən, 2021-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,1% və ya 1 377,2 mln. ABŞ dolları təşkil edəcək. 2022-ci ildə cari əməliyyatlar hesabının defisitinin ÜDM-in 1,1% səviyyəsində gözlənilsə də, 2023 və 2024-cü illərdə bu göstəricin profisitə dəyişərək ÜDM-in 1,4%-ni və 2,3%-ni təşkil edəcəyi gözlənilir.