• 25 Sentyabr 2020
logo
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq

Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü və Türkiyənin aparıcı turizm təşkilatlarının dəstəyi ilə Türkdilli Dövlətlərin Turizm Təşkilatı yaradılacaq.

Trend bu barədə Azərbaycan Turizm Assosiasiyasına istinadən məlumat verir.

Qeyd olunur ki, bu təşkilatın əsas məqsədi türk dünyasının turizm potensialının birgə təşviq edilməsidir.

Hazırda qeyd olunan turizm təşkilatının yaradılması barədə türkdilli ölkələrin müvafiq qurumları arasında yüksək səviyyədə danışıqlar aparılır.