• 21 Sentyabr 2020
logo
Türkiyə qaz müqavilələrini daha əlverişli şərtlərlə yeniləmək niyyətindədir

Türkiyə qaz müqavilələrini daha əlverişli şərtlərlə yeniləmək niyyətindədir

Türkiyə hökuməti qaz tədarükçüləri ilə uzunmüddətli müqavilələrin yenilənməsi çərçivəsində tədarükçülərin daha rəqabətli qiymətlər və elastiklik təklif edəcəyini gözləyir.

"APA-Ecocomics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, müqavilələrin toplamı həcm ifadəsində illik 16 mlrd. kubmetr təşkil edir.

O əlavə edib ki, ABŞ-ın ucuz maye qazı ilə başlanan rəqabət və Türkiyənin Qara dənizdə qaz hasilatına başlaması potensialı bazarda dinamikanı dəyişib.
Qeyd edilir ki, uzunmüddətli qaz müqavilələrinin dörddə birindən çoxu gələn il başa çatır və bura Azərbaycan və Rusiyadan idxal olunan təbii qaz, həmçinin Nigeriyadan idxal olunan maye qaz daxildir.

Xatırladaq ki, cari ilin iyun ayında Türkiyə Azərbaycandan 917,6 mln. kubmetr həcmində qaz idxal edib. Bu, illik ifadədə 41% çoxdur.