• 27 Oktyabr 2020
logo
Azərbaycan və TDƏŞ Birgə İnvestisiya Fondunun yaradılmasını müzakirə edib

Azərbaycan və TDƏŞ Birgə İnvestisiya Fondunun yaradılmasını müzakirə edib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə TDƏŞ çərçivəsində Birgə İnvestisiya Fondunun yaradılmasını müzakirə edib. Nazirlikdən verilən məlumata görə, qeyd olunan məsələyə nazir Mikayıla Cabbarovun TDƏŞ-in Baş katibi Bağdad Amreyevlə görüşü zamanı toxunulub. Tərəflər həmçinin əməkdaşlığın hazırkı vəziyyətini və genişləndirilməsi imkanlarını, "Turkic Vision – 2040" strateji konsepsiyasının hazırlanmasını, Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədini və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar. Mikayıl Cabbarov Azərbaycanın TDƏŞ üzvü olan dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ölkənin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. Naziri TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, Türk Ticarət Evinin yaradılmasının üzv ölkələrin ixrac potensialının artırılması istiqamətində müsbət təşəbbüs olduğunu vurğulayıb. Öz növbəsində, B. Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.