• 24 Sentyabr 2020
logo
"Fitch" qlobal ÜDM üzrə proqnozunu yeniləyib

"Fitch" qlobal ÜDM üzrə proqnozunu yeniləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il qlobal ÜDM-in azalma tempi üzrə proqnozunu dəyişərək 4,6%-dən 4,4%-ə endirib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, mart və aprel aylarında presedenti olmayan şiddətli COVID-19 pandemiyası ilə əlaqəli tənəzzüldən sonra iqtisadi fəaliyyətdəki bərpa gözləniləndən daha sürətli oldu, lakin tezliklə artım tempinin yavaşlayacağı gözlənilir.

Agentlik dünyanın nəhəng iqtisadiyyatları sayılan Çin və ABŞ üzrə də proqnozlarını dəyişib. Belə ki, agentliyin yenilənmiş proqnozlarına əsasən, bu il Çində ÜDM istehsalı 2,7% artacaq (əvvəlki proqnoz 1,2% idi), ABŞ-da isə 4,6% azalacaq (əvvəlki proqnoz -5,6% idi).